Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


11.09.2018  15:21 

“Windows”da təhlükəli boşluq aşkarlandı





A+  A-

“Windows” əməliyyat sistemində “sıfır günü” (Zero Day) boşluğu aşkarlanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, boşluqdan yararlanan cinayətkarların əməllərindən Rusiya, Polşa, Almaniya, Böyük Britaniya, ABŞ, Hindistan, Çili, Ukrayna və Filippin istifadəçiləri ziyan çəkib. “Zero Day” boşluğu “Windows” sisteminin 7-10-cu versiyalarına şamil edilir və işlərin planlaşdırılması funksiyası ilə əlaqədardır.

Boşluq eksploytu açıqlanandan sonra mütəxəssislər müəyyənləşdirib ki, onu məqsədli hücumlar üçün “PowerPool” kiberqruplaşması istifadə edir: hakerlər tərəfindən kod dəyişdirilib və təkrar kompilyasiya olunub. Cinayətkarlar yenilikləri izləyir və yeni eksploytları operativ tətbiq edir.

Bildirilir ki, əvvəlcə istifadəçiyə proqramı kompüterə quraşdıran və toplanan məlumatları hakerlərə ötürən zərərli məktub göndərilir. Kompüter cinayətkarları maraqlandıran zaman ona ikinci mərhələli bekdor quraşdırılır. “Zero Day” boşluğu hakerlər tərəfindən inzibatçılıq imkanlarının genişləndirilməsi üçün istifadə olunur.

“Zero Day” mühafizə mexanizmləri hazırda mövcud olmayan və ya boşluqları aradan qaldırılmayan zərərli proqramlar terminidir.

Xəbər 3213 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +