Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir


23.04.2018  17:32 

Sarkisyandan AÇIQLAMA: “Mən yanılırdım”





A+  A-

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdikdən sonra xalqa müraciəti yayılıb.
XəzərNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama az öncə verilib.

Açıqlamada deyilir:

“Əziz soydaşlar, bütün Ermənistan vətəndaşlarına müraciət edirəm. Yaşlı nəsilə, qadınlara və kişilərə. Bütün günü və gecəni küçələrdə “Serj, get!” deyə çağırış edənlərə də, öz vəzifə borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara da. Gün ərzində canlı yayımda prosesləri izləyənlərdən tutmuş ictimai asayişi bərpa edənlərə də.

Cəbhədəki cəsur əsgər və zabitlərədən tutmuş, öz silah yoldaşlarıma qədər hər kəsə. Öz partiyadaşlarıma, bütün siyasi qüvvələrə və siyasi xadimlərə...

Dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm.

Nikol Paşinyan haqlı idi. Mən yanılırdım. Yaranmış situasiyada bir neçə yol var, amma heç birinə əl atmayacam. Buna gedən deyiləm. Mən Ermənistanın rəhbəri, baş nazir postunu tərk edirəm. Küçədəki insanlar mənə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm.

Bizim ölkəmizə sülh, harmoniya və sağlam məntiq arzulayıram. Təşəkkürlər”.

Xəbər 3476 dəfə oxunub.




11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +