Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir


09.03.2018  09:17 

“Fədayə Laçın nə zaman istintaqdan qaçıb?” - Vəkil





A+  A-

“Fədayə Laçınla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb”.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri məhbus müğənninin vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənninin səhhəti normaldır, həkim nəzarətindədir.

Vəkil yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklərini bildirib: “Heç bir istintaq işi aparılmadan Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil. O istənilən vaxtda istintaq prosesi ilə əlaqədar gəlib-getməyə hazırdır. Lakin heç bir iş aparılmadan onun aylarla həbsdə qalması qanunvericiliyə də ziddir. Səbəb olmalıdır. Fədayə Laçın nə zaman istintaqdan qaçıb, gizlənib? Sabah haqqında cəza tədbiri seçilsə, daha normal şəraitli bir yerə, düşərgəyə göndəriləcək. Lakin indiki gündə daş divar arasında cəza çəkməsi onun səhhətinə ziyandır. Belə şəraitsiz yerdə qalmaq çətindir”.

Vəkil məhkəmə prosesinin gecikməsindən də danışıb: “Bilmirik ki, məhkəmə prosesi hansı səbəbdən gecikdirilir. Heç bir hərəkət yoxdur”.

T.Süleymanlının sözlərinə görə, məhkəmə Fədayə Laçını təqsirli hesab etsə, bu zaman haqqında verilən həbs müddəti onun dustaq həyatı yaşadığı gündən hesablanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Xəbər 3525 dəfə oxunub.




11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +