Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


06.08.2017  12:08 

Çaylarda vəziyyət necədir?





A+  A-

Aramsız keçən isti günlərdən sonra respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 32 m3/s olmaqla ongünlük normanın 24 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 12.5 m3/s olmaqla, ongünlük normanın 18 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 113 m3/s təşkil edərək ongünlük normanın 163 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2, Salyanda 6 sm azalma, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2016-cı il avqustun 04-də 374 sm), Şirvanda 191 sm, Salyanda 127 sm (2016-cı il avqustun 04-də 160 sm), Bankədə 175 sm (2016-cı il avqustun 04-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2016-cı il avqustun 04-də 89 sm) təşkil edir.



Xəbər 2794 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +