Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


10.01.2025  13:59 

44 minlik mal oğurlayan vəzifəli şəxsə hökm oxunub





A+  A-

Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyinin anbarından 44 minlik mal oğurlayan vəzifəli şəxsə hökm oxunub

Xəzərnews.az xəbər verir ki, hadisəyə "Azərterminalkompleks" Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsində işləməklə Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim edilmiş Hüseyn Elsəvər oğlu saxlanılıb.

1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş Hüseynə Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, "Azərterminalkompleks" Birliyinin direktoru general-mayor Kənan Aşurlunun əmri ilə Hüseyn Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunub.


Fotoda: General-mayor Kənan Aşurlu (soldan birinci)

Hüseyn vəzifəsinin icrasına başladıqdan sonra - 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək ümumi dəyəri 44.082 manat olan "Azərterminalkompleks" Birliyinin Astara müvəqqəti saxlanc anbarından müxtəlif markalı siqaretlər, dərman vasitələri, bir ədəd geyim dəsti və bir ədəd "İphone 14 midnight 128 GB" markalı mobil telefon oğurlayıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq özünə əlavə qazanc əldə edib.

Təqsirləndirilən şəxs 2018-ci ildən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışdığını, sonuncu iş yerində isə vəzifəsi Birliyin anbarında olan əşyaların saxlancını, qorunmasını, salamatlığını təmin etməkdən ibarət olub. Son dövrlərdə maddi vəziyyəti ilə bağlı çox çətinliklər yaranıb, bir müddət sonra çıxılmaz vəziyyətə düşdüyündən sözügedən əməli törətdiyi və bunu bir müddət sonra öz rəhbərliyinə etiraf etdiyini deyib. Hüseyn anbardan götürdüyü malların satışından ümumilikdə təxminən 2.000 manat pul əldə etdiyini, 44 min manatlıq müxtəlif çeşidli malları götürmədiyini də bildirib.

Məhkəmənin qərarı ilə Hüseyn 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək şərti ilə gəzəcək.

Xəbər 5375 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +