Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


27.08.2024  12:04 

Eldar Əzizov nazir postuna gətirilir





A+  A-

Azərbaycan hökumətində ciddi dəyişiklik gözlənilir. Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərindən sonra nazirlərdən biri istefaya göndəriləcək.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, həmin nazirin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, Mədəniyyət naziri Adil Kərimli hakimiyyət komandasını tərk etmək ərəfəsindədir. Onun sentyabr ayının sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılacağı bildirilir.

Adil Kərimlinin “vurulmasına” səbəb kimi ölkənin mədəniyyət ictimaiyyəti ilə dil tapa bilməməsi göstərilir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, titullu sənətkarların nazirin fəaliyyətindən narazı olduğu, hətta bununla bağlı hakimiyyətin müxtəlif sturukturlarına şikayət məktubları göndərdikləri deyilir. İxtisasca hüquqşünas olan Adil Kərimlinin mədəniyyət sektoruna yad adam olduğu üçün sənət adamları ilə təmas qurmağa çətinlik çəkdiyi bildirilir.

Hakim komandadan bildirilib ki, bu məsul vəzifəyə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov gətiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinin məlumatlandırıldığı iddia olunur.

Qeyd edək ki, Eldar Əzizov uzun illərdən bəri icra orqanlarına məsul vəzifələrdə çalışsa da, mədəniyyət sferası üçün yad adam sayılmır. O, dövlət başçısı tərəfindən sənət adamlarına verilən evləri sahiblərinə şəxsən təqdim etdiyi üçün bu sektorun tanınmış simaları ilə yaxşı əlaqələrə malikdir. Sənət adamları mənzillərin seçimi, təmiri və oxşar problemlərlə bağlı Bakı merinə tez-tez müraciət edirlər. Eldar Əzizovun bütün müraciətləri müsbət cavablandırdığı üçün bu cameədə hörmət sahibi olduğu deyilir.

Xəbər 12866 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +