Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır


11.03.2024  13:40 

Bakıda taksilərin sayı azalıb





A+  A-

Bu gün aparılan işlər çərçivəsində Bakıda taksilərin sayı 67 mindən 60 minə qədər azalıb.

Xəzərnews.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu gün keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Bakının adam sayı nəzərə alınmaqla cəmi 20 min çivarında taksiyə ehtiyacı var: “Hazırda bizim avtobuslar və yük maşınlarında sürücülərə ehtiyacımız var. Bir taksini bəzən iki nəfərdə işlədir. Bu səbəbdən taksilərin sayının azaldılması insanların iş yerlərinin itirməsi demək deyil”.

R. Hümmətov qeyd edib ki, bundan başqa, ikinci iş kimi taksi fəaliyyəti ilə məşğul olanlar da var.

Nazir müavini həmçinin bu il Bakıya 100 elektrikli avtobusun gətirilməsi planlarını da açıqlayıb: "Növbəti illərdə bu sayın daha da artırılması planlaşdırılır. Elektrikli avtomobillərin bütün müsbət tərəfləri ilə yanaşı, elektrik xətlərində əlavə yüklənəmələrə səbəb olacaq, bu da indidən planlaşdırılmalıdır".

Xəbər 2567 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +