Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu


26.05.2025  16:34 

“Avropa Siyasi Birliyi”nin sammiti: Əliyev Ermənistana, Paşinyan isə Azərbaycana səfər edə bilərmi?





A+  A-

2026-cı ildə “Avropa Siyasi Birliyi” sammitinin Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcəyi açıqlanıb. Bu o deməkdir ki, sammitlər çərçivəsində Prezident İlham Əliyev 2026-cı ildə Ermənistana, Ermənistanın Baş naziri Nikol Paşinyan isə 2028-ci ildə Azərbaycana səfər edə bilər.

Hər iki ölkə rəhbərinin qarşılıqlı səfəri nəzəri baxımdan mümkündür, lakin praktik reallıq fərqlidir. Bu səfərlərin reallaşması üçün ilk növbədə konkret siyasi və diplomatik zəmin olmalıdır. Ən vacib şərt isə sülh müqaviləsinin imzalanmasıdır.

Ümumiyyətlə, yüksək səviyyəli siyasi görüşlər və beynəlxalq sammitlər yalnız qarşılıqlı etimad mühiti mövcud olduğu halda, tərəflərin əsas məsələlərin həllinə yönəlmiş siyasi iradəsi şəraitində gerçəkləşə bilər. Əks təqdirdə, bu cür görüşlər formal xarakter daşıyacaq və münaqişənin həllində real irəliləyişə səbəb olmayacaq.

Məsələn, COP29 tədbirinin Azərbaycanda keçirilməsində Ermənistanın rolu oldu, lakin rəsmi Bakının dəvətlərinə baxmayaraq, Ermənistan COP29-da təmsil olunmadı. Bu fakt bir daha göstərdi ki, sülh müqaviləsi olmadan baş tutan beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı siyasi maraq və etimad yoxdursa, formal qalır.

2026-cı ildə İrəvanda keçiriləcək sammitin Ermənistan parlament seçkiləri ilə eyni vaxta təsadüf etməsi isə xüsusi diqqətə layiqdir. Baş nazir Paşinyanın sammitin təşkilini alqışlaması və Bakı ilə qarşılıqlı dəstək mesajları səsləndirməsi ilk baxışdan müsbət siyasi jest kimi görünə bilər. Lakin bu təşəbbüsün daxili siyasi məqsədlərə xidmət etdiyi də istisna deyil. Seçkiöncəsi dövrdə belə beynəlxalq tədbirlərin hökumət tərəfindən “siyasi uğur” kimi təqdim edilməsi, ictimai rəyi yönləndirmək və Paşinyan hakimiyyətinin mövqelərini gücləndirmək üçün alətə çevrilə bilər.

Azərbaycan üçün isə prioritet regionda sabitliyin təmin edilməsi, sülh prosesinin davam etdirilməsi və təhlükəsizlik zəmanətlərinin möhkəmləndirilməsidir. Lakin siyasi etimadın bərpa olunmaması və fundamental problemlərin həll edilməməsi bu prosesin irəliləməsinə ciddi şəkildə mane olur. Odur ki, tərəflərin iradəsi konkret sülh müqaviləsi ilə təsdiqlənməlidir.

Nəticə etibarilə sammitlər və siyasi təşəbbüslər normallaşma prosesinin simvolik ifadəsi ola bilər, lakin onların real təsiri sülh prosesində alınacaq nəticələrlə ölçüləcək. Qarşılıqlı etimadın yaranması, diplomatik və siyasi əməkdaşlığın təşviqi gələcəkdə daha geniş əməkdaşlıq platformalarının formalaşmasına zəmin yarada bilər.

Bunun üçün Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında təşəbbüskarlıq göstərməli, eyni zamanda Bakını narahat edən məsələlərin həlli istiqamətində konkret addımlar atmalıdır.

Turan Rzayev
Politoloq



Xəbər 2557 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +