Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


24.08.2017  13:32 

Toz dumanınının səhhətə zərəri var?





A+  A-

Dünəndən başlayaraq Bakı və Abşeron yarımadasında Türkmənistan ərazisindən daxil olan toz dumanı müşahidə olunmaqdadır. Bir çoxları bu cür hava şəraitində nəfəs yolu xəstəliklərindən əziyyət çəkən insanların açıq havada qalmamasını məsləhət görür. Bəs müşahidə olunan toz dumanı daha ciddi fəsadlara yol aça bilərmi?
XəzərNews.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında heç də ciddi fəsadların olmayacağını dilə gətirib.

“Havada toz kütləsinin çoxalması nəfəs yollarına mənfi təsir göstərir. Digər tərəfdən də evlərimiz, ofislərimiz toz olur. Amma bu toz dumanının ciddi fəsadları yoxdur. Ona görə də təhlükəli, sensasiyalı nəsə gözləmək lazım deyil”.

Direktor müavininin sözlərinə görə, Qaraqum səhrasında əmələ gələn bu cür hava kütləsi bütün mərkəzi Asiyanı əhatə edir.

“Biz buna Orta Asiya hava kütləsi deyirik. Orta Asiya hava kütləsi yay aylarında Azərbaycana daxil olanda səhra üzərində formalaşdığına görə səhrada olan tozlar hava kütləsi ilə daxil olur. Hətta Xəzər dənizi hava kütləsindəki tozu bir qədər azaldır. Bununla belə böyük miqdarda toz Azərbaycana daxil olur. Bu cür hava kütləsi maksimum 3 gün davam edir”

Xəbər 2910 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +