Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


15.09.2025  16:28 

Samir Şərifov işçi qrupun rəhbəri oldu





A+  A-

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, maliyyə nazirinin birinci müavini Anar Kərimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, fövqəladə hallar nazirinin müavini Adil Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev İşçi qrupun üzvləri sırasında yer alıb.

Xəbər 2095 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +