Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


13.06.2018  09:03 

“DÇ-2018”in açılış matçını bu hakim idarə edəcək





A+  A-

İyunun 14-də start götürəcək futbol üzrə XXI dünya çempionatının Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında oynanılacaq açılış matçını idarə edəcək referi müəyyənləşib.
XəzərNews.az FIFA-nın saytına istinadla xəbər verir ki, mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək. Onun köməkçiləri həmyerliləri Xuan Pablo Bellati və Hernan Maidana olacaqlar. Oyunun dördüncü hakimi funksiyasını isə braziliyalı Sandro Riççi yerinə yetirəcək.

Açılış matçına videonəzarətin təmin olunması italiyalı Massimilano İrrati (VAR), argentinalı Mauro Viqliano (AVAR1), çilili Karlos Astroza (AVAR2) və M.İrratinin həmyerlisi Daniel Orsato (AVAR3) tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, N.Pitana iki dünya çempionatında hakimlik edən ikinci argentinalı referi olacaq. Ondan əvvəl Norverto Koerezza 1970-ci və 1978-ci illərdə keçirilən mundiallarda ədaləti təmin edib.

Cənubi Amerikanın ən təcrübəli referilərindən biri olan N.Pitana Argentina çempionatında 2007-ci ildə, beynəlxalq turnirlərdə isə 2010-cu ildə debüt edib. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında dörd qarşılaşmada, o cümlədən dörddəbir finalda Fransa-Almaniya oyununun hakimi olub. N.Pitana “Rio-2016” Olimpiya Oyunlarının yarımfinalında Almaniya-Nigeriya matçını və ötən il Konfederasiyalar Kuboku turnirinin yarımfinalında Almaniya-Meksika qarşılaşmasını idarə edib.

Futbol üzrə XXI dünya çempionatının açılış matçı iyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda oynanılacaq.

Xəbər 2992 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +