Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.01.2024  00:39 

Aİ Qırğızıstanla əməkdaşlığı daha da gücləndirmək istəyir





A+  A-

Avropa İttifaqı Qırğızıstanla ticarət, nəqliyyat, yaşıl və rəqəmsal transformasiya üzrə əməkdaşlığı daha da gücləndirmək istəyir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Brüsseldə keçirilmiş Aİ – Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevlə görüşün təəssüratlarını paylaşarkən sosial şəbəkədə yazıb.

“Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Torobayevlə IFTC24-də görüşmək xoşdur. Tezliklə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasını, habelə ticarət, nəqliyyat, yaşıl və rəqəmsal transformasiya üzrə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, – Avropanın baş diplomatı qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyadan yan keçməklə Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Lakin hələlik Brüssel bu məqsədlər üçün AİB və AYİB-dən iki kredit xətti şəklində cəmi 2,97 milyard avro ayırmağa hazırdır.//report

Xəbər 2512 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +