Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


19.06.2025  14:38 

Ata gizli telefon işlədən qızını öldürdü





A+  A-

Bakıda ata doğma qızını döyə-döyə öldürüb.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanın əxlaqsızlıq etdiyini eşidib və həbsdən çıxandan sonra onu qətlə yetirmək qərarına gəlib.

Bir müddətdən sonra həbsdən çıxan ata qızını izləməyə başlayıb. O, ilk dəfə qızını diş həkiminin kabinetinə qədər izləyib. Həmin vaxt o, Cəmaləni diş həkiminin kabinetində açıq-saçıq geyimdə görüb və kabinetdə onu döyüb.

Daha sonra Yelmar qızının ikinci telefon işlətməsindən şübhələnsə də, Cəmalə bunu boynuna almayıb. Yelmar yenidən qızını izləməyə başlayıb.

Sonuncu dəfə Cəmalə Sumqayıta rəfiqəsi ilə görüşmək adı ilə adıçəkilən şəhərə getmək istədiyini deyib. Yelmar qızı ilə getmək istədiyini desə də, Cəmalə buna etiraz edib.

Nəticədə evdə mübahisə yaranıb və Yelmar qızının əl çantasını əlindən alarkən çantadan ikinci telefon çıxıb. Yelmar telefonu görəndən sonra qızını xüsusi amansızlıqla döyməyə başlayıb.

Hadisə nəticəsində Cəmalə huşunu itirib. Yelmar isə evdən çıxıb gedib, ailə üzvlərinə isə təcili yardıma zəng etməməyi tapşırıb. Ailə üzvləri Cəmalənin ağzından qan gəldiyini görüb, təcili tibbi yardım briqadası çağırıblar. Müayinə zamanı Cəmalənin öldüyü məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Atakişiyev 16 il azadlıqdan məhrum edilib.


Xəbər 1028 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +