Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb


18.06.2025  15:58 

İlham Əliyev sabah Türkiyəyə gedəcək





A+  A-

Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 19 iyun 2025-ci ildə Türkiyəyə səfər edəcək.

"Səfər çərçivəsində möhtərəm Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevralında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı ilə tikilən daimi yaşayış evi layihəsinin açılış mərasimi keçiriləcək", - Altun qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı cari regional inkişaflar, o cümlədən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur./Modern.az

Xəbər 812 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +