Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?


16.07.2017  14:49 

“Pulu eks-nazirdən alıb qaytara bilərəm” deyirdi - 2 milyon ödədi





A+  A-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri və onunla birgə ittiham olunan şəxslər dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, son olaraq “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam olaraq ödəyib. Ona bu pulu ödəməkdə dost-tanışlarının kömək etdiyi bildirilir.

Qəmbər Bəybaleyevin yaxınları xəbəri təsdiqləyib.

Xatırladaq ki, ötən proses nazirliyin nümayəndəsi ödənişlərin başa çatması üçün məhkəmədən vaxt istəyib, Qəmbər Bəybalayev isə buna etiraz edərək məhkəmənin yekunlaşmasını və ziyanı ödəməyə pulunun olmadığını, əgər dostları tərəfindən hər hansı ödəniş olsa o borcu qaytara bilməyəcəyini söyləyib: “Heç zaman pul yeməmişəm. Mən kişi kimi işləmişəm. Heç vaxt paket almayıb, paket paylamamışam”.

O, pulu yalnız sabiq nazir Əli Abbasovdan alıb qaytara biləcəyini qeyd edib: “Əli Abbasovun yerində özüm olsaydım həbsə heç bir rabitəçinin girməsinə imkan verməzdim”.

Onu da qeyd edək ki, bununla da “Rabitə işi” üzrə təqsirləndirilən hər biri dəymiş ziyanı tam ödəyib.

Prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Xəbər 1747 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +