Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?


16.07.2017  09:06 

Gənc ailə səhv diaqnozun qurbanına çevrilib - VİDEO





A+  A-

Cəlilabadda yaşayan bir ailə nikahdan əvvəl verdikləri qan analizinin nəticələrinin səhv göstərilməsinin qurbanına çevriliblər.
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndində yaşayan Rüstəm və Səkinə Əzimovalar 2015-ci ildə rəsmi nikaha girmək üçün qan analizi veriblər. Bir müddət sonra Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan onlara gələn rəsmi cavabda göstərilib ki, tərəflərin qanlarında nikaha əngəl ola biləcək hər hansı bir xəstəlik qeydə alınmayıb. Ailə quran cütlüyün bir müddət sonra övladları dünyaya gəlib. Körpənin 3 ayında səhhətində müəyyən dəyişkənlik olduğu üçün həkimə müraciət ediblər.

Talassemiya irsən keçən qan xəstəliyi olduğundan bütün diqqətlər valideynlərin üzərində cəmləşib. Onların nikahdan əvvəlki analizlərinin nəticəsi sağlam olduqlarını təsdiqləsə də, ikinci dəfə Respublika Talassemiya Mərkəzində analiz verməli olublar. Məlum olub ki, ata və ana talasemiya xəstəliyinin daşıyıcısıdırlar.

Yaş yarımlıq yeganə övladlarını isə hər həftə qan köcürtdürməklə həyatda tuta bilirlər.

Respublika Talassemiya Mərkəzindən aldığımız məlumata görə, uşaq Pənah Əzimov daşıyıcı kimi mərkəzdə qeydiyyatdadır. Ana Səkinə Əzimova da 2016-cı ilin iyulunda müayinədən keçib və daşıyıcı olması dəqiqləşib.

Məsələ ilə bağlı ilkin analizin verildiyi Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan bildirilib ki, nəticələrin səhv olması mümkün deyil. Çünki analizlər ən müasir cihazlar vasitəsilə yoxlanılır. Talassemiya xəstəliyi də irsən keçdiyindən sonradan əmələ gəlmə ehtimalı yoxdur. Belə olan halda nəticələrin hansı səbəbdən fərqli olması sual altında qalır. İnstitutdan bildirilib ki, məsələ araşdırılacaq.


Xəbər 1107 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +