Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya başlayır
Kreml Azərbaycana əleyhinə daha nələri etməyi planlaşdırır?
Kiyevə raket zərbəsi... - Azərbaycan səfirliyi...
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Hikmət Hacıyev: Bu Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev


08.07.2025  11:23 

“İndi İrəvanın taleyi Bakıda həll olunur“ - Zahid Oruc





A+  A-

"2020-23 cü illərdə Şuşa-Xankəndi yolunda ordumuzun qalibiyyət yürüşünün durdurulduğunu iddia edənlər, nəhayət, bir liderin strateji səbrinin və planlarının zirvəsini gördülər".

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Zahid Oruc deyib.

Parlamentarinin sözlərinə görə, İlham Əliyevin məqsədi təkcə torpaqların işğalına son qoymaq və ikinci erməni dövlətini iflasa uğratmaq deyildi.

"Xankəndi Zəfəri təkcə ərazi və siyasi bütövlük hadisəsi deyil, həm də ermənilərin ərazini könüllü tərk etməsi ilə, İrəvanda hakimiyyət dəyişikliyi planlarına qoşulmaları səbəbindən Azərbaycanın çoxsərlik tarixində ilk dəfə, erməni məsələsi milli dövlət ərazimizdən kənara çıxarıldı. İndi İrəvanın taleyi Bakıda həll olunur. Bizə görə, əsil müstəqillik və milli azadlıq son 5 ildə qazandığımız qələbələrdir, İlham Əliyevsə təkcə Qarabağın deyil, həm də Azərbaycanın xilaskarıdır".

Deputat bildirib ki, Xankəndi İqtisadi Zirvəsi Qələbəmizin legitmliyinin İran daxil 10 dövlət tərəfindən tanınmasıdır.

"İki qlobal savaşın əhatəsində təhlükəsizlik adasına çevrilən ölkəmiz tarixində heç vaxt indiki qədər imperiya varisi olan dövlətlərin-Rusiya, qardaş Türkiyə və İran xalqının taleyini əmanət edəcəyi məkana çevrilməyib. 90-cı illərdə Şuşa, Laçın, ardınca 5 rayon itiriləndə Bakı meydanlarında bir-birinə “bəy” deyə müraciət edirdilər. İndi Xankəndində bütövlük bayrağımızı ucaldan lider millətimizin xanlıq və bəylik qürurunu geri qaytardığı üçün ən ali titula layiqdir".

Xəbər 415 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +