Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib
Maskın sərvəti 600 milyard dolları keçdi
İran: Qazaxıstanla yeni əlaqə və Ermənistanın ümidlənməsi
Ceyhun Ələkbərov şöbə müdüri təyin olunub
Tovuzda 14 yaşlı qızın toyunun qarşısı alındı
Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...


08.12.2025  17:04 

Ağayev depressiyada... - Özü açıqladı





A+  A-

“Heç bir işlə məşğul deyiləm. Hər şeyi Allahın ümidinə buraxmışam. Hər hansısa gözləntim yoxdur. Allaha dua edirəm, elə dolanıram”.

XəzərNews.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında 5 qat dünya, 11 qat Avropa çempionu tanınmış karateçi Rafael Ağayev deyib.

O bildirib ki, hazırda yalnız dincəlir: “Hansısa idman yarışına hazırlaşmıram və tələbə də hazırlaşdırmıram. Formada qalmaq üçün məşq edirəm. Bir də çayxanalarda oluram və dincəlirəm. Depressiyadayam (gülür). Amma yəqin ki, hər şey yaxşı olacaq”.

Rafael Ağayevin Azərbaycan Karate Federasiyası ilə yaşadığı gərginliklə bağlı açıqlaması böyük səs-küy yaradıb. O, Azerisport.com saytına Federasiyası ilə arasında olan problemdən danışarkən bildirib ki, zədələrinə görə dərman istəyərkən “Sən bizi bezdirmisən” cavabını alırmış: ““İdmançılar mənə “like” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, baxın, Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyən yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabını verdilər.

Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs mən hazırlaşanda “hamı” harada idi?”.

Xəbər 343 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +