Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


13.02.2020  15:17 

Ruhani istefa verib?





A+  A-

KİV və sosial şəbəkələrdə İran Prezidenti Həsən Ruhaninin istefa verdiyinə dair məlumat yayılıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu məqamda İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabii açıqlama yayaraq məlumatı təkzib edib.

“Ruhani öz prezidentliyinin sonuna qədər ölkəmizlə qalacaq”, -deyə Rabii bildirib.

Həmçinin o, gələcəkdə yayılacaq buna oxşar məlumatları əvvəlcədən rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, “Al Monitor” nəşri yazır ki, Həsən Ruhaninin istefası barədə informasiyalar uzun zamandır ölkədə yayılıb. Belə ki, ötən ilin noyabrında yanacaq qiymətinin artması ilə əlaqədar kütləvi etiraz aksiyaları fonunda islahatçı siyasətçilərdən biri olan Abbas Abdi ölkədə sabitliyi bərpa etmək üçün prezidenti istefaya və erkən prezident seçkilərini təşkil etməyə dəvət edib. Dekabrda parlamentin növbəti maliyyə ili üçün təklif olunan büdcə layihəsini qəbul etmədiyi təqdirdə Ruhaninin bu il mart ayından öncə vəzifəsini tərk edə biləcəyi barədə şayiələr yayılıb. Onun istefası barədə şayiələr bu həftə İranda daha geniş yayılmağa başlayıb.

Xəbər 2943 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +