Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


28.09.2019  11:32 

Əfqanıstanda seçki günü də teraktsız ötüşmədi





A+  A-

Əfqanıstanın Kandaqar şəhərində seçki məntəqəsinin qarşısında partlayış baş verib.
XəzərNews.az-ın məlumatına görə, partlayış səsvermə başlayandan təxminən 1 saat sonra olub.

Yüksək səviyyəli məmurlardan birinin sözlərinə görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə hələ ki, məlumat yoxdur.

Partlayışa məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Qeyd edək ki, bu gün Əfqanıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, seçkilərdə təhlükəsizliyi təmin etmək üçün milli müdafiə və təhlükəsizlik güclərinin 72 minə qədər işçisi cəlb edilib. Bundan əlavə, 20-30 minədək hərbçi əlavə qüvvə kimi vilayətlərə göndəriləcək.

***

Seçki məntəqələri yaxınlığında indiyə qədər artıq 31 bomba tapılaraq zərərsizləşdirilib.

Xəbər 2744 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +