Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


08.12.2022  15:26 

Yaza qədər sülüh müqaviləsi bağlana bilərmi? - Şərh





A+  A-

“Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür”.

Bu barədə açıqlamanı XəzərNews.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazdə bildirib ki, Azərbaycan Ermənistana üçüncü sülh müqaviləsinin paketini təqdim edib:

“Detallar ictimaiyyətə açıqlanmasa da Yerevanın növbəti dəfə bu təklifi manipulyasiya edəcəyi sülh müqaviləsinin bağlanmasından yayınacağı gözlənilir. Bir neçə gün bundan əvvəl işçi komissiyanın üzvüləri Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçirilib. Bu görüşdə nəqliyyat və kommunikasiyaların açılması müzakirə edilib”.

Siyasi şərhçi qeyd edib ki, məhz Yerevanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadigi üçün bu iclasda hərhansi razılıq əldə olunmayıb:

“Ümumiyyətlə, bundan sonra da bu kimi iclasların nəticəsiz başa çatması gözlənilir. Ermənistanla Rusiyanın vasitəçiliyi ilə bu xüsusda danışıqlar aparmaq vaxt itkisidir.

Rusiya tərəfi liderlərin növbəti görüşünün təşkilində maraqlıdır. Ermənistanın möveyinin hansı istiqamətdə olacağı, sülh müqaviləsinin bağlanmasında maraqlı olduğu təqdirdə bu görüşdə iştirak etmək olar. Hazırkı situasiyada Yerevan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək. Rusiyanın vasitəçiliyi istiqamətində atacağı addımlar isə, prosesi nəzarətində saxlamaqdır. Ermənistanla sülh müqaviləsinin bağlanması yaz ayına kimi bağlayanmaya bilər.

Azərbaycanın Laçın dəhlizində gömrük postu qurmasına gəldikdə, rəsmi Bakı bu məsələdə israrlıdır və bütün proseslər Ermənistan və Rusiyanın addımlarından asılı olacaq. Azərbaycan Moskvanın prosesi sabotaj etdiyini və Yerevanda sülhdən tam geri çəkildiyini gördükdə Laçın dəhlizində güc tətbiqi ilə post qoya bilər”.

Hacı
XəzərNews.az


Xəbər 2487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +