Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


08.12.2022  15:18 

Polis təqaüdçüləri soyan şəxsi ələ keçirdi





A+  A-

Paytaxtın Binəqədi rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan pulu ələ keçirib.

DİN-dən XəzərNews.az-a verilən məlumata görə, kart sahibi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib.

Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb. Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Fizuli Nəcəfovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xəbər 2365 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +