Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


08.12.2022  09:46 

Oğurladılar, sonra mağazanı yandırmaq istədilər





A+  A-

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində yerləşən obyektlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib.

Araşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.

İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 2676 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +