Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


12.02.2020  12:17 

“Bu məntəqələr ləğv olunsa belə yenə də qalibəm” - Erkin Qədirli





A+  A-

Milli Məclisə VI çağırış üzrə mandat hüququ qazanmış “REAL”çı Erkin Qədirli bu səhər ATƏT-in uzunmüddətli müşahidəçiləriylə görüşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən hüquqşünas görüşü ATƏT nümayəndələrinin istədiyini və buna görə ofisə getdiyini bildirib:

“Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi (daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm). Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim”.

E. Qədirli bildirib ki, sözügedən 8 məntəqənin nəticələri ləğv olunduğu təqdirdə belə qalibdir:

“Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələrin 2/5-sinin nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-sinin sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.

Xəbər 3104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +