Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


11.02.2020  12:10 

Daha bir universitetdə magistratura yaradıldı





A+  A-

Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edib.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 2 illik magistratura proqramı açılır.

Proqram Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.

Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.

Xəbər 3302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +