Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


18.04.2017  18:21 

Penitensiar xidmətdə kadr dəyişikliyi - Bir neçə rəisə yeni vəzifə verildi





A+  A-

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə kadr dəyişiklikləri baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, əvvəllər 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş və ədliyyə orqanlarından tərxis edilmiş Etibar Məmmədyarov yenidən xidmətə bərpa edilib. O, 10 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edilib.

6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Rasim Bayramov isə 7 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. R. Bayramov əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi, daha sonra 16 saylı cəzaçəkmə müəssisəsində rəis müavini vəzifələrində çalışıb.

10 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov isə 15 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib. E. Əsgərov nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun qardaşıdır.

Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Mayıl Məmmədov isə vəzifəsindən azad edilib. O, Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Hazırda Tərbiyə İşinin Təşkili Vəzifəsinin rəisi vəzifəsini Emil Həsənov icra edir.

Xəbər 3442 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +