Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


18.04.2017  16:48 

Ukraynada yaşayan azərbaycanlılar Ali Radaya müraciət etdi





A+  A-

Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin Zaparojye vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma "erməni soyqırımı"nın ildönümü ilə bağlı müraciətinə etiraz olaraq ölkə parlamenti sədri Andrey Parubiyə müraciət ediblər.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) XəzərNews.az-a bildirilib ki, müraciətdə belə bir məsələnin parlamentdə müzakirəsinin Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirəcəyi, əlaqələrə zərbə vuracağı qeyd olunub:

"Türkiyə dəfələrlə arxivlərin açılmasını, məsələni tarxiçilərinin araşdırmasını təklif edib. Ermənilər özü keçən əsrdə dəfələrlə digər xalqların nümayəndələrinin soyqırımına əl atıb. Hətta əsrin sonunda Xocalı soyqırımına imza atmaqla azərbaycanlıların kütləvi qırılmasına səbəb olub. Ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır. Sübut olunmamış soyqırımı faktının etirafı Ukrayna prezidenti və ölkənin Nazirlər Kabinetini Azərbaycanla əməkdaşlığı yeni müstəviyə çıxartmaq üçün xeyli səylər ortaya qoyduğu ərəfədə arzuolunmazdır".

Sənəddə, həmçinin, vurğulanıb ki, Ukraynanın təşəbbüsü ilə Azərbaycan və Türkiyə ilə yeni iri layihələrin başlanmasına start verildiyi ərəfədə "belə saxta iddialar ətrafında ləkələyici müzakirələr ilk növbədə ukraynalıların mənafeyinə ziddir".

Həmçinin Ukraynanın məruz qaldığı Krımın ilhaqı və Donbasdakı münaqişə ilə bağlı Ermənistanın əks mövqe sərgiləməsini, Azərbaycan və Türkiyənin isə daim dəstək verməsi də xatırladılıb.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Ukrayna parlamentinin Azərbaycan üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy UABD sədri Hikmət Cavadovla danışıb və məsələnin diqqətdə saxlayacaqlarını bildirib.


Xəbər 4067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +