Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


09.02.2024  11:28 

Avtomobilinizi pulsuz park etmək istəyirsiz?





A+  A-

Bakıda avtomobilini şəhərin müxtəlif ərazilərdində park etmək istəyən sürücülər bəlli məbləğ ödəyirlər. Bu məbləğ əraziyə görə dəyişir və zonalardan asılı olaraq 30 qəpik - 1 manat arasında dəyişir.

Avtomobilini ödənişli park edənlərlə yanaşı bu xidmətə görə pul verməkdən azad olanlar da var.

Bəzi şəxslər qanuni parklanma ərazisində avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilərlər. Bunun üçün onlara talonlar da təqdm olunur.

Bəs, həmin şəxslər kimlərdir? Parkinqlə bağlı ödənişsiz talonu almaq üçün hara müraciət etmək lazımdır? Həmin talon nə qədər müddətə verilir?

Bu suallara cavab tapmaq üçün Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:

"Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər.

Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Yuxarıda qeyd edilən tələblər "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiqlənməsi haqqında Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə tənzimlənir.

Vətəndaşlar "AzParkinq” mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər.

Fərdi parklanma talonuna müraciət üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, xarici vətəndaş olduqda isə Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya ölkə hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti tələb olunur.

Fərdi parklanma talonu üçün müraciətlər "AzParkinq” mobil tətbiqi üzərindən həyata keçirildiyindən və həmin elektron sistem digər aidiyyəti sistemlərlə inteqrasiya olunduğundan müvafiq məlumatlar daxil edildikdən sonra qeyd olunan sənədlər üzrə məlumatlar aidiyyəti informasiya sistemindən avtomatik olaraq götürülür.

Minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir".


Xəbər 2974 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +