Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


27.07.2022  12:31 

“Kimin artıq pulu varsa, repetitor yanına gedəcək” - Nazir





A+  A-

“Bəzən görürük ki, Bakının mərkəzində təhsil alan 10-11 sinif şagirdləri kütləvi şəkildə məsələn, Qaradağda yerləşən bir məktəbdə təhsil almağa başlayır. 100-ə yaxın uşaq çox ucqarda olan bir məktəbə, hansısa keyfiyyəti ilə seçilməyən məktəbə kütləvi şəkildə gedilər”.

XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, sistem elektronlaşdığı üçün indi bunu daha rahat görür və inzibati qaydada müdaxilə edə bilirlər:

“Bu gün təəssüf ki, şagirdlərin və valideynlər üçün əsas məqsəd ali təhsil müəssisəsinə girməkdir. Bu, öz-özlüyündə çoxlu təşviş və rasional olmayan davranışlar yaradır. Bunun bir növü özəl təhsildir. Şagirdlərin bu gün repetitorlara verdiyi pullar özəl təhsil müəssisələrində olan təhsil haqqından az deyil. Ancaq niyə valideynlər bunu seçmir, başa düşmək çətindir. İkinci məsələ məktəbin içində nələr edilməsi ilə bağlıdır. Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq. Yəni burada təhsilin keyfiyyəti rol oynamayacaq. Şərti olaraq bu gün Azərbaycan təhsilinin keyfiyyəti 200-300 baldır. Sabah bu bal qalxıb 360 da olsa yenə də daha çox bal yığan qəbul olacaq. Ona görə də hər zaman kimin artıq pulu varsa, repetitor yanına gedəcək. Bu fikrim çox müzakirələrə səbəb olacaq. Amma istənilən halda insanlar repetitor yanına gedəcək. Çünki bizdə əsas kimdənsə, yaxşı olmaqdır. Özünün yaxşı olmasına baxan yoxdur”.

Xəbər 3324 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +