Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


01.02.2022  10:30 

Zahir Məlikli - 60





A+  A-

Bu gün ictimai-mədəni mühitimizdə elmi-pedaqoji, rəssam-heykəltəraş, yazıçı-publisist, tərcüməçi-tədqiqatçı kimi tanınan Zahir Məliklinin 60 yaşı tamam olur.

Zahir Məlikli otaylı-butaylı vətənimizin yeraltı və yerüstü sərvətlərindən, təbiətindən, yaşayışından, insanlarından, içimizdəki oyanış, cəsarət, bir-birimizə hörmət, qarşılıqlı anlayış, düşmənə nifrət və vətən sevgisindən silsilə yazılar yazan, ruhunu irili-xırdalı əsərlərə, kitablara köçürən mahir qələm ustası – yazıçı-publisistdir.

Onun “O və yerdə qalanlar”, “Yerlə göy arasında”, “Enmək təhlükəsi” adlı kitabları işıq üzü görüb.

Bu kitablar vətənpərvərlik, yurda və soykökünə bağlılıq aşılayır, real həyat hadisələrindən qaynaqlanır, mövzu rəngarənliyi, dini-mənəvi dəyərlərimizə hörməti ilə diqqəti cəlb edir.

Zahir Məlikli müxtəlif sahələrə, məsələn, kimya, biologiya, tibb, fəlsəfəyə dair elmi, elmi-populyar kitabları dilimizə çevirmiş tərcüməçi-tədqiqatçıdır.

Azərbaycan oxucusu Gavin Francisin "İnsan vücuduna səyahət", David İqlmanın "Beyin sənin hekayən", Co Dispenzanın "Özünüz bir plasebosunuz", İrvin Yalomun "Nitsşe ağlayanda", Hüseyn Bozbaşın “Xolesterin həqiqəti” əsərləri ilə onun tərcüməsində tanış olmaq imkanı əldə etmişlər.

Qeyd edək ki, elmi-metodik məqalələri yerli və mərkəzi qəzet və jurnallarda dərc olunan Zahir Məlikli həm də rəssam- heykəltaraş kimi tanınıb, bir çox diplomlara, fəxri fərmanlara layiq görülüb.

Sənət əsərləri dəfələrlə ölkədə və xaricdə keçirilən sərgilərdə nümayiş olunub. Bakı şəhərində 3 fərdi sərgisi keçirilib. Beynəlxalq müsabiqələr laureatıdır.

Xatırladaq ki, Zahir Məlikli 1962- ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində müəllim ailəsində doğulub. 1978-1983 - cü illərdə indiki ADPU- nun Kimya- biologiya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 1983-2013 - cü illərdə Hamarkənd kənd orta məktəbində müəllim işləyib.


Xəbər 1767 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +