Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


05.06.2020  15:48 

“Nar” karantin rejimində xidmət göstərməyə davam edəcək





A+  A-

Ölkədə son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsilə əlaqədar olaraq “Nar” öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək. Belə ki, abunəçilər evdən çıxmadan “Nar”ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial media kanalları (“Facebook”, “İnstagram” və “Twitter”) vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkda davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan “Nar+” tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.
Qeyd edək ki, “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1762 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +