Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


06.07.2018  14:26 

Bu şəxslər kollecə müsabiqəsiz qəbul olunacaq





A+  A-

"Azərbaycanda yaxın gələcəkdə ikinci ali təhsil üçün müsabiqədənkənar qəbul planlaşdırılır".
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda ali təhsilli şəxs ikinci ali təhsil almaq üçün müsabiqədənkənar, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kənar ali məktəbə qəbul oluna bilir:
"Bakalavr təhsili almış bir şəxs kollecə qəbul olmaq istədikdə o, mütləq Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etməlidir. Bununla bağlı yeni təkliflər hazırlanarkən Dövlət İmtahan Mərkəzi də bizimlə razılaşdı ki, ali təhsilli şəxsin kollecə qəbul olması üçün müsabiqədə iştirakı vacib deyil. Qanuna edilən yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır".

S.Kazımov deyib ki, hər hansı şəxs kolleci bitirdikdən sonra ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir:
"Lakin qanun orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".

Xəbər 1409 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +