Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


20.01.2018  12:03 

Bakıdakı anomal hava şəraitinin səbəbi nədir?





A+  A-

Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: "Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olur. Bu hava kütlələrindən 7-si kənardan gəlir. Qalan hava kütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerli hava kütləsi hakim olduğu üçün belə bir hava şəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuq hava şəraiti hökm sürür, arktik hava kütlələri hakimlik edir. Lakin həmin hava kütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.

M.Həsənov qeyd edib ki, adətən belə hava şəraiti uzun müddət davam etmir: "Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasında hava şəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.

Xəbər 1683 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +