Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


11.01.2018  11:48 

25 dövlət qulluqçusu cəzalandırılıb





A+  A-

Naxçıvanda 2017-ci il ərzində 14 dövlət qulluqçusu fəxri ad və medallarla təltif edilib, 25 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyada keçirilən kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, dövlət orqanlarında 642 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 722 namizəddən 389-u müvəffəqiyyət qazanıb, onlardan 167-si vakant vəzifələrə təyin olunub. Ötən il komissiyada 64 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və
sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb.
Hazırda dövlət orqanlarında 60 nəfər siyasi, 1936 nəfər inzibati və 525 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 28,5 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir.

2017-ci ildə muxtar respublikanın 53 dövlət orqanı üzrə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
həyata keçirilib.

Xəbər 1645 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +