Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


13.06.2017  14:37 

Aşıq Ədalətdə xərçəng xəstəliyi aşkar edildi





A+  A-

“Aşıq Ədalətin səhhətində yaranan nasazlıqla bağlı xəbərlər doğrudur. Onun canı çoxdan ağrıyırdı. Dünən mən onun yanına gedəndə gördüm ki, durumu heç də yaxşı deyil. Vəziyyəti geriyə gedir və heç də qənaətbəxş deyil”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Aşıq Pəri məclisinin üzvü, şairə və teleaparıcı Çiçək Mahmudqızı teleqraf.com-a açıqlamasında söyləyib. O, aşıq Ədalətin həmişə sağlığından şikayətçi olduğunu və xeyli vaxtdır müalicə aldığını bildirib:

"Ədalət boğazı ilə bağlı hər zaman problem yaşayırdı. "Səs tellərimə zərər vurdular. Mənə dərman verib zəhərlədilər" deyirdi. Qırtlağında elə bir sıxıntı yaranmışdı ki, illərlə onu narahat edirdi. Onun canı ağrıyanda bizim də canımız ağrıyırdı. Amma dünən onu görəndə, anladım ki, vəziyyət pisə doğru irəliləyir. Amma yenə də pessimist danışmaq istəmirəm. Bir azdan aşığın yanına gedəcəyəm və sonra sizə bütün məlumatları dəqiqliklə və ətraflı şəkildə çatdıracağam".

Çiçək Mahmudqızı aşıq Ədalətin qırtlağında xərçəng xəstəliyinin aşkarlandığını deyib: "Düzdür, özü hələ xərçəng olduğunu bilməsə də, ciddiyyətin fərqindədir və deyir ki, bu xına o xınadan deyil!

Mən hazırda onun yanındayam, danışa bilir, insanları tanıyır, yaddaşı yerindədir. Lakin yemək boğazında qalır və qıcıqlanma verir. Xərçəng olduğu ağlına da gəlmir.

Bu gün gəlini və nəvəsinin köməyilə Türkiyəyə yola salınacaq və oradakı "Memorial" xəstəxanasında müalicəyə göndərilir. Allahdan ümid kəsilməz!".

Xəbər 2083 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +