Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


12.06.2017  13:38 

Hava pisləşəcək – XƏBƏRDARLIQ





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20° isti, gündüz 24-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 12-dən 13-ü gündüzədəkbəzirayonlardahava şəraitininqeyri-sabitkeçəcəyi, şimşək çaxacağı, arabiryağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Xəbər 1536 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +