Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


20.05.2017  19:27 

NATO proqramı çərçivəsində hərbçilərin təlimi keçirilib





A+  A-

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ƏİK kəşfiyyat bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçirilib.
XəzərNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlim zamanı bölüyün təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası məsələləri qiymətləndirilib.

Bölüyün qiymətləndirilməsi NATO-nun Quru Qoşunları Komandanlığının rəhbərliyi ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib.

Xəbər 2789 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +