Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


01.05.2017  10:55 

Sarı zolaqda qadağa nə vaxtdan qüvvəyə minəcək - AÇIQLAMA





A+  A-

“IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minəcək”.
Bunu Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev qadağalaların bu gündən qüvvəyə minməsi barədə deyilənləri şərh edərkən bildirib.

K.Əliyev deyib ki, qadağa mayın 25-nə qədər qüvvədə olacaq.

“Bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq”.

Şöbə rəisi qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edəcək.

“Digər maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar. Zolaqlar Ziya Bünyadov prospektindən Atletlər kəndinədək, Bakı Kənarkeçmə yolu (dairəvi), Bakı Atıcılıq Mərkəzində başlayır və Salyan şosesində sona çatır. Salyan şosesi zolağı Kənarkeçmə yolundan Bibiheybət yolunadək, Bibiheybətdən başlayaraq Avropa oyunları parkından keçərək birbaşa Bayraq Meydanına gedən, Neftçilər prospekti zolağı Bayraq Meydanından Bakı İdman Zalına, Qara Qarayevdə bütün yol, Atatürk prospektindəki zolaq isə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski zolağı Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Hənifə Ələsgərova zolağına Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospektindəki zolağa Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsindəki zolaq Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şosesindəki zolaq isə Koroğlu metro stansiyasından Aeroport şosesinin başlanğıcınadək hissəni əhatə edir”.

(modern.az)

Xəbər 2602 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +