Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


25.05.2023  12:54 

“Rusiyanın Qarabağ prosesində vasitəçi qismində çıxış etməsi həqarətdir!” - Jurnalist





A+  A-

“Rusiyanın hansısa münaqişədə, məsələn Qarabağ prosesində, vasitəçi qismində çıxış etməsi və sülhə yönəlik səs-küylü bəyanatlar verməsi ən böyük həqarətdir! Bu boyda da sinizm və riyakarlıq olar?”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Eynulla Fətullayev çıxış edib.

“Ukraynanın ərazisini işğal et, günahsız insanlara qarşı soyqırım siyasəti yürüt, sübhə yaxın hər gün şəhərlərə raketlər yağdır, sonra da Dağlıq Qarabağ və ya digər münaqişə ocağına dair sülhpərvər bəyanatlar ver...”

E.Fətullayev bildirib ki, Qarabağ münaqişəsində Rusiya yalnız bir məqsəd güdür - hər vəchlə öz ordusunu bölgədə sona qədər saxlamaq:

“Çünki silahdan savayı Rusiya bölgəyə heç nə təklif edə bilmir - nə sərmayəsi var, nə iqtisadiyyatı, nə istehsalı, nədəki maliyyə sistemi. Yalnız XX əsrin ordusu, köhnə silahı və vəhşi imperializm iddiası”.

Jurnalist bildirib ki, Qərb isə bütün vasitələrlə sülh sazişinin əldə edilməsinə çalışır:

“Çünki təminatlı sülhdən sonra bölgə Rusiyanın nəzarətindən çıxacaq. Əski orduya və köhnə silaha gərək qalmayacaq”.

Xəbər 1440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +