Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


19.08.2022  10:55 

“Bu ölkə cahilliyə məğlub olmağa doğru gedir”





A+  A-

“Həm dərslik nəşri, həm də məktəbli formaları ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Ona görə də vətəndaşdan pul qoparmaq üçün min hoqqa çıxarırlar. Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Məcburən yalnız yükü olub məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik, bu dərslikləri niyə may ayında yığırsınız? Uşaq bəlkə üç ay təkrar edəcək kitabları? Onsuz da dərslər mənasız yerə sentyabrın 15-i başlayır, sentyabrın 1-də yığsanız, dünya dağılar? Çox vətəndaş uşağının təhsil alması naminə artıq kitab-dəftərlərə pulu boğazından kəsib ödəyir. Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır”.

XəzərNews.az xəbər ve­rir ki, bu fikirləri millət vəkili Fazil Mustafa deyib. Deputat qeyd edib ki, məktəbli forması bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiyməti yapışdırırlar:

“Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Hələ bir neçə uşağı məktəbə gedən valideynlərin halını təsvir etmirəm. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa, yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir”.

Xəbər 1609 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +