İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


21.06.2021  10:56 

Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib





A+  A-

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 2018-2021-ci illərdə bu istiqamətdə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb.

Beləliklə, əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Həmçinin sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Agentliyin 5 və 7 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

5 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

7 nömrəli tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Oruc Məmmədov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəmiş, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Xəbər 2059 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +