Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


02.03.2021  16:27 

Qasparyan Sarkisyanın razılığı olmadan vəzifəsindən azad edilə bilər





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərman layihəsini imzalamayacağını bildirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Respublika Prezidenti fərman layihəsini imzalamamağa qərar verib”,- deyə məlumatda vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, Sarkisyan “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna 2018-ci ildə edilmiş dəyişikliklərin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan konstitusiyasına görə isə, Baş nazirin imzaladığı vəsatət imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minir. Bununla da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Prezidentin təsdiqi olmadan da vəzifəsindən azad edilə bilər.

Eyni zamanda, Sarkisyanın Konstitusiya Məhkəməsinə göndərdiyi müraciətdə fərmana deyil, Silahlı Qüvvələrdə kadr məsələlərini tənzimləyən “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun müddəalarına etiraz etdiyi qeyd olunub.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.



Xəbər 2291 dəfə oxunub.



24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +