Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov


19.02.2021  19:27 

Azərbaycanın dövlət borcu açıqlandı





A+  A-

Maliyyə Nazirliyi Azərbaycanın dövlət borcunu açıqlayıb.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, 1 yanvar 2021-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8,100.4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edib.

Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 721,1 milyon ABŞ dolları və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8,821.5 milyon ABŞ dolları (14,996.5 milyon manat) və ya ÜDM-in 20,7 faizi həcmindədir.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

1 yanvar 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 1.726,0 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1.942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.

Xəbər 2506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +