İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


22.01.2020  10:31 

Rəqibinə qarşı “qara” piar aparan namizədləri nə gözləyir...





A+  A-

Fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq deputatlığa namizəd olan bəzi şəxslər rəqiblərinin əleyhinə iş aparırlar.
Bəs, qanunvericilik bu kimi hallarda namizədin qeydiyyatının ləğvini mümkün edirmi?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a danışıb.

“Qanunvericiliyin tələblərinə görə, namizədin həm leyhinə, həm də əleyhinə təbliğat-təşviqat aparıla bilər. Burda hər hansı bir problem yoxdur. Əlbəttə ki, təbliğat və təşviqatın aparılmasın etik davranış qaydalarına uyğun olmalıdır. Yəni təhqir olmamalıdır, əgər təhqir olarsa bununla bağlı təhqir olunan namizədlər və ya onun vəkilləri, Mərkəzi Seçki Komissiyasına, yaxud da məhkəməyə müraciət edə bilər. Nəticədə həmin qurumlar tərəfindən müvafiq qərarlar qəbul edilir. Ya həmin şəxsə xəbərdarlıq edilir, ya da seçkidən kənarlaşdırılır. Bəzən görürsən ki, namizəd seçicilərinə müraciət edir ki, rəqibinin səs verməsinlər. Yəni burda heç bir problem yoxdur, bu kimi təbliğatlar apara bilərlər. Əsas mahiyyət də ondan ibarətdir ki, rəqib namizəd digər namizədin zəif cəhətlərini görsün və seçkilərdə də onun əleyhinə təşviq etsin. Əsas odur ki, şəxsiyyət təhqir olunmasın. Ancaq yenə də qarşı tərəf bununla bağlı məhkəməyə müraciət edə bilər”.

Hüquqşünas deputatlığa namizədlərin biri-birinə “sən qocasan” deməyində heç bir problem görmədiyini də vurğulayıb.

“Burda təhqir elementi yoxdur. Məsələn, gənc olan namizədə irad tutmaq olar ki,təcrübəsizdir. Yaşlı insanın müsbət cəhəti ondan ibarətdir ki, müdriklik məsələsi var. Çünki parlament uşaqların da yeri deyil. Ən azından yaşlı deputalar daha təcrübəlidir və hər bir məsələdə özünü təsdiq edə bilir”.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçki prosesində qara piara rast gəlindiyini söyləyib.

“Qara piar çox güclüdür. Həmçinin qara piar ictimai rəydə çox güclüdür. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu, var. Əgər namizəd seçicilərə müraciət edirsə ki, “digər namizədə səs verməyin” bu, doğru deyil. Çünki bu nə etik normalara, nə də mentalitetə sığan işlərdir. Sən öz təbliğatını qurmalısan və təbliğatın vasitəsilə seçiciləri özünə cəlb etməlisən. Başqasına qarşı qarayaxma əks təbliğat namizədə başucalığı gətirmir”.

Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +