Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR
Ukrayna üçün silah məlumatlarını oğurladılar
“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident
Fidan Rusiyadan sonra Ukraynaya gedəcək
Xala oğlu direktor, yeznə müavin... - İDDİA
Prezident Laçında hansı açılışları etdi?
İran “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır


30.07.2019  09:43 

İşsizlər barədə qayda TƏSDİQLƏNDİ





A+  A-

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası”nı təsdiq edib.
XəzərNews.az xəbər verir ki, bu qaydaya əsasən, işaxtaran və işsiz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və “DOST” mərkəzlərində qeydiyyata alınacaq.

Müraciət Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemi (MAS) tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir.

İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər qanunda nəzərdə tutulmuş aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatlar Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək işaxtaranın şəxsi kabinetində yerləşdirir. Münasib işdən imtina etdiyi halda işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Bu səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə işaxtarana yeni münasib iş təklif edilir.

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 aydan sonra təkrar müraciət etmək hüququna malikdir. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə onun şəxsi kabinetində yerləşdirilir.

Xəbər 2875 dəfə oxunub.




27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb

27.05.2025  09:20 

Nazirliyin əməkdaşı həbs edilib


BÜTÜN XƏBƏRLƏR +