10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


03.07.2019  15:11 

Bu günədək 796215 hektar sahədə taxıl biçini aparılıb





A+  A-

Respublika ərazisində taxıl biçini davam edir.
XəzərNews.az xəbər verir ki, verir ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

İyulun 3-nə olan operativ məlumata görə, ölkə ərazisində 796214,6 hektar ərazidə taxıl biçini aparılıb, 319897 hektar ərazidə arpa, 476317,5 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2557174,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 22218 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,6 s/ha təşkil edir. Oğuz rayonu ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10700 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib

Xəbər 1820 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +