İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


25.12.2018  16:32 

İcra başçısı şəhid atasını hədələdi: “Oğlunuzun şəhid adını əlindən aldıracam“





A+  A-

Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu Mia.az-a şikayət məktubu göndərib.
XəzərNews.az-ın sayta istinadən məlumatına görə, şəhid atası bildirir ki, oğlu Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub: "Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub".

Şikayətçi yazır ki, evi yaşamağa yararsız vəziyyətdə olduğu üçün prezident İlham Əliyevə ərizə ilə müraciət edib, yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş edibmiş:

"Həmin ərizəm icra olunması üçün Zərdab rayon İcra Hakimiyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib, dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam, mən bunu bacararam...".

Şəhid atası yazır ki, özü də Qarabağ müharibəsi veteranıdır: "Qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu...

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz".

Şikayətlə bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. İcra başçısını da dinləməyə hazırıq.


Xəbər 1556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +