Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


19.02.2018  13:05 

“Sürix protokulu“ TBMM-in rəflərində “yatır““ - DADP sədri





A+  A-

Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik konfransında panel sessiyasında çıxış edərkən öz ənənəsinə sadiq qalaraq Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı ittiham edib.
O bu vaxtın dayanmasında Türkiyə tərəfini ilkin şərtlər irəli sürməkdə ittiham edib və bildirib ki, Türkiyə bu protokolları ratifikasiya etmədi və sənədlərlə heç bir əlaqəsi olmayan şərtlər irəli sürdü. Eyni zamanda da "Azərbaycan Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına mane olmur" kimi fikir səsləndirərək Azərbaycanla Türkiyəni qəsdən bu məsələdə ayrı tutmağa çalışıb.

XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, Sərkisyan bilərəkdən unudur ki, Türkiyə dövləti elə məhz Sərkisyanın özünün komandanlığı altında Ermənistanın apardığı Azərbaycana qarşı işğalçılıq siyasətinə görə sərhədi ermənilərin üzünə bağlayıb. "Sürix protokulu" da məhz Azərbaycana görə Türkiyə TBMM-in rəflərində "yatır".

Partiya sədrinin sözlərinə görə, hal-hazırda Türkiyənin məlum protokolun ratifikasiya edilməsi üçün ilkin olaraq Ermənistan qarşısında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltması şərtini irəli sürməsi diplomatik və siyasi normalara tamamilə uyğundur: “Axı Türkiyə məhz işğal faktoruna görə sərhədləri bağlayıb. Əgər işğal faktoru ortadan qalxarsa, sərhədlərin açılması da reallaşa bilər. Ermənistan işğal davam etdirdikcə isə sərhədlərin açılması müzakirə predmeti olmayacaq”.

O əlavə edib ki, Sərkisyanın Bakı ilə Ankara arasında hiyləgər şahmat gedişləri edib, Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmaq cəhdləri də daim boşa çıxacaq: “Birdəki, Türkiyə liderlərini siyasi iradəsizlikdə ittiham edən artist-siyasətçi Serj Sərkisyan əvvəlcə öz iradəsizliyinin qayğısına qalsın. Ermənistan liderlərinin siyasi iradəsi hər zaman Kremlin divarları arasında sürünür”.

Xəbər 3427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +