Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


19.02.2018  11:24 

Şahdağa yarım metr qar yağıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Kişçayda 14, Rvarudda 12, Lerikdə 11, Kürmükçay-İlisu HM (Qaxbaş), Yardımlıda 10, İsmayıllı, Sarıbaşda 8, Kəlvəzdə 6, Şamaxıda 5, Ağdərədə 4, Şahbuz, Şəmkir, Qəbələdə 3, Şərur, Gəncədə 2, Şəki, Mərəzə, Qusarda 1, Qubanın dağlıq ərazilərində: Xınalıqda 43, Qırızda 40, Ləzədə 31, Nohurdüzündə 21, Qonaqkənddə 20, Qırızda 13, Xaltanda 12, Təngəaltıda 8 sm təşkil edib.

Xəbər 2743 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +