Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


24.04.2017  15:04 

Milli Məclisdə ETİRAZ: “Gedin bunu Vergilər Nazirliyi ilə həll edin”





A+  A-

“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur.
“Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.

V.Əhmədov qeyd edib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır. “Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq, 70, 80 faiz də olur.

Ona görə də vergi sistemi ilə əlaqədar sizin o yazdığınız keçə bilməz. 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunub ki, növbəlilik. Vergi orqanlarına elə olur ki, gündə 2-3 min sənəd verilir. Banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər.
Amma sən növbəliliyə qoyandan sonra onu bankda tuta biləcəksən? Çoxlu vergi borcları yaranacaq burda. Mən təklif edirəm ki, bu maddələr buradan çıxarılsın. Əgər bu maddələr çıxarılmasa, sabah siz bizim üçün dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlər yaradacaqsınız”.

Vahid Əhmədov komitə sədri Ziyad Səmədzadəyə müraciətlə deyib:

“Ziyad müəllim, əgər biz sizin bu iki maddə ilə qanunu qəbul etsək, sabah bizim dövlət büdcəsində çox böyük bir problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm. Gedin Vergilər Nazirliyi ilə bunu həll edin. Bu milyonlarla yox, milyardlarla problem yaradacaq".

Xəbər 1143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +